Bakı və bəzi rayonlara yağış, Şahdağa isə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət
216
13:42, Bu gün

Bakı və bəzi rayonlara yağış, Şahdağa isə qar yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 13:00-a olan məlumatına əsasən, Azərbaycanda yağıntılı hava şəraiti davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xaltan, Xaçmaz, İmişli, Sabirabad, Şamaxı, Altıağac, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, İsmayıllı, Ağsu, Yevlax, Hacıqabul, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Ağdam, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Oğuz, Qobustan, Quba, Qusarda yağış, Şahdağda isə qar yağır.
 
Ordubad, Sədərək, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Xızı, Qusar, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur.
Link kopyalandı!
Son xəbərlər