Leysan və qar yağacaq, 5 dərəcə şaxta olacaq - Sabahın PROQNOZU
Cəmiyyət
164
12:21, Bu gün

Leysan və qar yağacaq, 5 dərəcə şaxta olacaq - Sabahın PROQNOZU

Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
Link kopyalandı!
Son xəbərlər