Elektron xidmətlərin göstərilməsi üzrə yeni qaydalar təsdiq edildi
Cəmiyyət
132
11:56, Bu gün

Elektron xidmətlərin göstərilməsi üzrə yeni qaydalar təsdiq edildi

Nazirlər Kabineti elektron xidmətlərin təşkili, dövlət informasiya ehtiyatları və sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 
Qərara əsasən:
 
“Elektron xidmətlərin təşkili və göstərilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiqlənib.
 
Bundan sonra həmin qaydada dəyişikliklər yalnız Prezidentin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilən “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun olaraq edilə bilər.
Link kopyalandı!
Son xəbərlər