Azərbaycanda ehtiyac meyarı 15 manat artırılıb
Cəmiyyət
171
11:53, Bu gün

Azərbaycanda ehtiyac meyarı 15 manat artırılıb

Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddi üçüncü oxunuşda qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.
 
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.
 
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
 
Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.
 
Layihə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
 
Link kopyalandı!
Son xəbərlər