İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi qəbul edildi
Cəmiyyət
176
11:49, Bu gün

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi qəbul edildi

Milli Məclis İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsini III oxunuşda qəbul edib.
 
Moderator.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müzakirə edilib. 
 
Sənədə əsasən büdcənin ümumi göstəriciləri
 
1.1. İşsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
 
1.1.1. işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;
 
1.1.2. işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.
 
Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Link kopyalandı!
Son xəbərlər