Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
125
09:06, Bu gün

Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, buna səbəb 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq ikinci bölmədə təmir işlərinin aparılmasıdır.
 
Əlavə olunub ki, yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər