Şəkinin iki kəndini mərkəzlə birləşdirən körpü qəzalıdır? - Sakinlərin şikayətinə RƏSMİ CAVAB - VİDEO
Cəmiyyət
106
18:25, Bu gün

Şəkinin iki kəndini mərkəzlə birləşdirən körpü qəzalıdır? - Sakinlərin şikayətinə RƏSMİ CAVAB - VİDEO

Şəkidə Şin çayı üzərində salınmış körpünün qəzalı vəziyyətdə olduğu iddia edilir.

Məlumata görə, uzunluğu 175 metr olan körpü 11 min sakinin yaşadığı Baş Göynük və Baş Şabalıd kəndlərini Şəki şəhəri ilə birləşdirən yeganə əlaqə vasitəsidir.

Sakinlər bildirirlər ki, körpü həm ensizdir, həm də asfalt örtüyü yararsız vəziyyətə düşüb.

"Körpü biristiqamətlidir. Qarşıdan maşın gələndə digər avtomobillər hərəkət edə bilmir. Dayandınsa, irəli gedə bilmirsən. Körpü yararsız haldadır. Hər an təhlükə ola bilər", - deyə sakin Elbrus Məmmədov narazılığını bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildirilib ki, körpü iddia edildiyi kimi qəzalı vəziyyətdə deyil: "Körpüyə baxış keçirilib və onun istismara tam yaralı olduğu müəyyən edilib. Sadəcə olaraq, təmirə ehtiyacı var. Körpü inşa edilərkən yalnız bir nəqliyyat vasitəsinin hərəkəti üçün nəzərdə tutulub. Sakinlər isə iki hərəkət zolaqlı yeni bir körpünün tikilməsini istəyirlər. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib".

Daha ətraflı Baku TV-nin süjetində:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər