Xüsusi icra məmurunun standart haqqının məbləği təsdiqlənib
Cəmiyyət
77
16:57, Bu gün

Xüsusi icra məmurunun standart haqqının məbləği təsdiqlənib

“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” təsdiqlənib.

Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.
Pul tələbinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi tələbin məbləğindən aşağıdakı kimi hesablanır:
- tələbin məbləği 30 manatadək olduqda tələbə bərabər məbləğdə;
- tələbin məbləği 30 – 100 manat olduqda 30 manat məbləğində;
- tələbin məbləği 101 – 500 manat olduqda 30 manat + 100 manatdan yuxarı hissənin 17 faizi;
- tələbin məbləği 501 – 1.000 manat olduqda 98 manat + 500 manatdan yuxarı hissənin 15 faizi;
- tələbin məbləği 1.001 – 5.000 manat olduqda 173 manat + 1.000 manatdan yuxarı hissənin 13 faizi;
- tələbin məbləği 5.001 – 10.000 manat olduqda 693 manat + 5.000 manatdan yuxarı hissənin 11 faizi;
- tələbin məbləği 10.001 – 50.000 manat olduqda 1.243 manat + 10.000 manatdan yuxarı hissənin 9 faizi;
- tələbin məbləği 50.001 – 100.000 manat olduqda 4.843 manat + 50.000 manatdan yuxarı hissənin 7 faizi;
- tələbin məbləği 100.001 – 500.000 manat olduqda 8.343 manat + 100.000 manatdan yuxarı hissənin 5 faizi;
- tələbin məbləği 500.001 – 1.000.000 manat olduqda 28.343 manat + 500.000 manatdan yuxarı hissənin 3 faizi məbləğində;
- tələbin məbləği 1.000.000 manatdan çox olduqda 43.343 manat + 1.000.000 manatdan yuxarı hissənin 1 faizi məbləğində, lakin 50.000 manatdan çox olmayaraq.
Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləği borclu tərəfindən qismən ödənildikdə standart haqqın sabit hissəsi tələbin məbləği əsas götürülməklə borcun qalan hissəsinə mütənasib hesablanır. Pul tələbinə dair icra sənədi qismən icra edildikdə standart haqqın sabit hissəsi tələbin məbləği əsas götürülməklə ödətdirilmiş hissəyə mütənasib tutulur.
Vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi aşağıdakı kimi hesablanır:
- aliment tələbinə dair işlərdə tələb qeyri-müntəzəm icra edildiyi və borc yarandığı halda ödətdirilmiş borc məbləğindən hesablanmaqla 4-cü hissə ilə müəyyən edilən standart haqqın yarısı miqdarında;
- vaxtaşırı ödəmələrə dair digər işlərdə tələb qeyri-müntəzəm icra edildiyi və borc yarandığı halda ödətdirilmiş borc məbləğindən hesablanmaqla 4-cü hissə ilə müəyyən edilən standart haqq miqdarında;
- Əmlak tələbinə (torpaq mübahisələri istisna olmaqla) dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 500 manat miqdarında müəyyən edilir.
Pul tələbi olmayan icra sənədləri üzrə standart haqqın sabit hissəsi aşağıdakı kimi müəyyən olunur:
- müvəqqəti təminat tədbirlərinin tətbiqinə və ya ləğvinə dair işlər üzrə borclu öz hərəkət və ya hərəkətsizliyi ilə icraya maneçilik törətdikdə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
- hüquqların tanınması, pay bölgüsü, hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
- tikilinin sökülməsi, bərpası, yolun açılması, maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 600 manat, hüquqi şəxslər üçün 900 manat;
- şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
- pul tələbi olmayan müxtəlif predmetli barışıq sazişlərinin icrası üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
- öhdəliyin icrası, öhdəlikdən azad olunma, borcun silinməsi tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
- işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə – sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
- çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Sənədin 9.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
- digər kateqoriya tələblərə dair işlər üzrə – fiziki şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 300 manat.
Tələbin ipoteka predmetinə yönəldilməsinə dair icra sənədlərindən, yaxud əmlakın borc əvəzində tələbkara verilməsindən irəli gəldiyi hallarda yaşayış və ya qeyri-yaşayış sahəsindən (torpaq sahəsindən) çıxarılma, habelə bu Sənədin 8-ci və 9- cu hissələrində göstərilən digər tələblərin əməli icrası ilə əlaqədar xüsusi icra məmurunun bilavasitə icra hərəkətlərinin həyata keçirildiyi yerdə sərf etdiyi hər tam iş saatına görə standart haqqa daxil olan 20 manat ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tənzimlənən və ya bazar qiymətlərinə uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı faktiki çəkilmiş (çəkilməsi labüd olan) xərclərdən hesablanır. Həmin xərclərə aiddir:
- borclunun əmlakının axtarılması, ünvanına gedilməsi, əmlakın müəyyən edilməsi və ona baxış keçirilməsi ilə bağlı xərclər;
- borclunun əmlakının siyahıya alınması, üzərinə həbs qoyulması, daşınması və saxlanmasının təşkili ilə bağlı xərclər;
- borclunun əmlakının qiymətləndirilməsi, satışının təşkil edilməsi ilə bağlı xərclər;
- icra hərəkətlərinin həyata keçirilməsi üçün cəlb edilmiş tərcüməçilərə, mütəxəssislərə və digər şəxslərə xidmət haqlarının ödənilməsi;
- borcludan tutulmuş məbləğlərin aidiyyəti üzrə köçürülməsi (göndərilməsi) ilə əlaqədar bank və poçt xərcləri;
- icraat sənədlərinin kağız daşıyıcıda tərtibi, sənədlərin surətlərinin çıxarılması, çap edilməsi və poçt vasitəsilə göndərilməsi ilə bağlı xərclər;
- xarici valyuta əməliyyatları zamanı bank xidmətləri xərcləri;
- icranın təmini üçün zəruri olan digər hərəkətlərə çəkilən xərclər.
Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər standart haqqa daxil edilə bilməz.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər