Yeni media layihəsi - Biznes Türk TV yaradıldı - VİDEO
Cəmiyyət
521
13:24, Bu gün

Yeni media layihəsi - Biznes Türk TV yaradıldı - VİDEO

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və MÜSİAD Azərbaycanın birgə təşəbbüsü ilə böyük media layihəsinə start verilib.
 
Moderator.az xəbər verir ki, bu layihə üçün yeni yutub kanalı - Biznes Türk TV fəaliyyətə başlayıb.
 
Layihədə Azərbaycanda uğurlu fəaliyyəti ilə seçilən türkiyəli iş adamlarının iş və həyat təcrübələri geniş ictimaiyyətə təqdim olunacaq.
 
Layihə çərçivəsində TDT-yə üzv ölkələrin media resurslarında da iş adamlarının biznes strategiyaları, qarşıya qoyduqları məqsədlər və regional iqtisadiyyata töhfələri nümayiş etdiriləcək. Paytaxt Bakıdan regionlara qədər yeni sənaye zonaları, logistika imkanları, nəqliyyat xətləri və “yaşıl enerji” siyasətinin yaratdığı perspektivlər investor dilindən dünyaya elan ediləcək.
 
Layihə həm də Türkiyə və Azərbaycan arasında möhkəmlənən iqtisadi dostluğun media arxivinə çevriləcək.
 
Layihəni Azərbaycanın ən böyük media platformalarından olan “Modern Media Qrup” icra edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər