Ukraynada həlak olan Raciv Hüseynovun yaxınları AXTARILIR
1656
08 Dec 2025 | 15:00

Ukraynada həlak olan Raciv Hüseynovun yaxınları AXTARILIR

Ukrayna ərazisində gedən hərbi əməliyyatlarda Rusiya ordusunun tərkibində iştirak edən Azərbaycan vətəndaşı Hüseynov Raciv Əlisafa oğlunun həlak olduğu bildirilir.
 
Mərhumun meyiti hazırda Rostov vilayətində yerləşən morqda saxlanılır. Hüseynov Raciv Əlisafa oğlunun şəxsiyyətinin dəqiqləşdirilməsi və yaxınlarının tapılması istiqamətində aidiyyəti qurumlara məlumat verilib.
 
İlkin məlumatlara əsasən, həlak olan şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsində yaşadığı ehtimal olunur. /Ajans.az/
 
Link kopyalandı!
Son xəbərlər