Bizi sosial şəbəkələrdən izləyin:
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.
Bu barədə Moderator.az-a Milli Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının bəzi günlərində ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib. Əsasən şərq rayonlarda leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 29 (aylıq normanın 98%-i), Mərkəzi Aran zonasında 16 (aylıq normanın 82%-i), Lənkəran-Astara zonasında 81 (aylıq normanın 79%-i), Balakən-Şəki zonasında 17 (aylıq normanın 57%-i), Qazax-Gəncə zonasında 4 (aylıq normanın 32%-i), Daşkəsən-Gədəbəy zonasında isə 6 mm (aylıq normanın 20%-i) təşkil edir.