Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Belə ki, Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər:
"Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək".
"2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27.4 min nəfərdir və onların ortaaylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (ortaaylıq dövlət məvacibi - 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir", - deyə V.Bayramov qeyd edib.