TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
Cəmiyyət
851
11:45, Bu gün

TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb.
 
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur.
 
Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetilə əlaqə saxlasa da, suala cavab verilməyib.
 
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
 
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər