Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıt şəhərində iki min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İctimai Birliyinin Sumqayıt Qaz İstismar Sistemləri məlumat yayıb.
Verilən məlumata görə, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində 159 mm-lik ortatəzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.