Özəl klinikaların icbari tibbi sığorta ilə işləmə mexanizmi AÇIQLANDI
Cəmiyyət
141
11:20, Bu gün

Özəl klinikaların icbari tibbi sığorta ilə işləmə mexanizmi AÇIQLANDI

“Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 206-dır. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir. Özəl tibb müəssisələrinin 66 faizi Bakının, 26 faizi isə regionların payına düşür. Bu ilin 10 ayı ərzində icbari tibbi sığortadan istifadə etmək üçün özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib”.
 
Moderator.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib.
 
Onun sözlərinə görə, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi 24 saat ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edildikdə bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndərilir:
 
“Bu zaman vətəndaş Agentliklə müqaviləli istənilən özəl xəstəxananı seçə bilir. Bu mexanizm həm vaxt itkisini azaldır, həm də xidmətə çıxışı sürətləndirir. Vətəndaşlar “e-Tabib” mobil tətbiqindən seçim etməklə, göndəriş vərəqəsi üzərindəki QR kodu oxutmaqla və ya Agentliyin saytı vasitəsilə özəl tibb müəssisələrini müəyyənləşdirə bilərlər. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 iş günüdür. Bu müddət ərzində xəstəxanaya şəxsiyyət vəsiqəsi və göndəriş kodu ilə müraciət etmək kifayətdir”.
 
Link kopyalandı!
Son xəbərlər