Bizi sosial şəbəkələrdən izləyin:
Payızın son günlərindən etibarən ölkədə, xüsusilə də paytaxtda anormal istilər müşahidə olunurdu. Dekabrın ortalarına doğru isə hava şəraiti dəyişib və yağışların sayında artım qeydə alınıb.
Moderator.az xəbər verir ki, hazırda Bakı şəhərində temperatur təxminən 13 dərəcə civarındadır. Sinoptiklər yaxın günlərdə paytaxtda yağıntılı havanın davam edəcəyini ehtimal edirlər.
Beynəlxalq hava proqnozu platforması olan “Accuweather”in açıqlamasına əsasən, ilin sonuna qədər paytaxtda qar yağması gözlənilmir. Hətta dekabrın 25-dən etibarən bir neçə gün ərzində yağışın da dayanacağı proqnozlaşdırılır.
Məlumatlara görə, Bakıya ilk qarın gələn ilin – 2026-cı ilin fevralında düşəcəyi ehtimal olunur. Qeyd edilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-də qarla müşahidə olunan hava şəraiti mümkündür.