Masallının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
117
10:30, Bu gün

Masallının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Masallının bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
"Azərişıq" ASC-dən Moderator.az-a verilən məlumata görə, buna səbəb Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Xıl" hava xəttində aparılacaq təmir işləridir.
 
"Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," qurumdan əlavə edilib.
 
Link kopyalandı!
Son xəbərlər