Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına
Cəmiyyət
72
10:18, Bu gün

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına "mygov" platformasında baxa biləcəklər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "Azəriqaz" İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlar artıq qaz təchizatı ilə bağlı müayinə aktlarını "mygov" platforması üzərindən izləyə biləcəklər. Yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanı yaradır.
 
Məlumatdan istifadə qaydası aşağıdakı kimidir:
 
- İstifadəçi "mygov" portalında "Xidmətlər" bölməsindən "Kommunal" kateqoriyasını seçir.
 
- "Azəriqaz İB - Müayinə aktı"na daxil olur.
 
- İstifadəçinin FİN-ə bağlı bir və ya bir neçə akt varsa, sistem mövcud müayinə aktlarının siyahısını təqdim edir.
 
- İstifadəçi seçdiyi aktın məlumatlarına baxa və sənədi yükləyə bilər.
 
Qeyd edək ki, müayinə aktı, xüsusilə qaz təchizatına yeni qoşulma, qaz xətlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanı vətəndaşlardan tələb olunur.
 
Link kopyalandı!
Son xəbərlər