Güclü maqnit qasırğası baş verəcək - Bu tarixdə
Cəmiyyət
769
07 Dec 2025 | 22:04

Güclü maqnit qasırğası baş verəcək - Bu tarixdə

Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası baş verəcək.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, dekabrın 8-də gecə saatlarında Günəşdə qeydə alınan M8.1 sinifli partlayış nəticəsində Yerə yüksək sürətli plazma axını müşahidə olunacaq. Bu səbəbdən dekabrın 9 və 10-da G2-G3 səviyyəli (orta və güclü) maqnit qasırğası proqnozlaşdırılır.

İnstitutun məlumatına görə, partlayış güc baxımından orta səviyyəli olsa da, mərkəzi Günəş-Yer xəttinə yaxın baş verdiyi üçün onun təsiri daha güclü olacaq və bu təsiri azalda biləcək heç bir amil yoxdur.

Link kopyalandı!
Son xəbərlər