Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası üzrə ümumilikdə 3 167 baş donuz mövcud olub.
Moderator.az valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 18,35% və ya 712 baş azalıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzlar ən çox Qax, Qəbələ və Bakıda saxlanılır. Ən az donuz isə Xızı və Şabranda qeydə alınıb.
Azərbaycanın şəhər və rayonlarında donuzların sayı aşağıdakı kimi olub:
Qax rayonu - 1 525
Qəbələ rayonu - 680
Bakı şəhəri - 413
İsmayıllı rayonu - 222
Kəlbəcər rayonu - 98
Gədəbəy rayonu - 74
Oğuz rayonu - 67
Goranboy rayonu - 41
Siyəzən rayonu - 22
Xızı rayonu - 18
Şabran rayonu - 7