Qubada liseydə yoxlamalar başlanıldı: Direktora cinayət işi açılıb?
Cəmiyyət
127
13:37, Bu gün

Qubada liseydə yoxlamalar başlanıldı: Direktora cinayət işi açılıb?

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə mənimsəmə faktlarının aşkarlandığı bildirilir.
 
Bu barədə Oxu.az-a adıçəkilən liseydən məlumat verilib. Məlumatda bildirilir ki, liseydə baş verən mənimsəmə halları ilə bağlı maliyyə yoxlamaları başlanıb və faktlar aşkarlanıb.
 
Məlumatda bildirilir ki, araşdırmaların nəticəsi Quba Rayon Prokurorluğuna göndərilib. İddia edilir ki, Quba Rayon Prokurorluğunda liseyin direktoru Lalə Bədəlova barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır: "Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Qeyd edirik ki, araşdırmanın nəticələri ilə bağlı bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək".
Link kopyalandı!
Son xəbərlər