Yusif Məmmədəliyevin qızı Prezident İlham Əliyevə təşəkkür etdi
Cəmiyyət
129
13:20, Bu gün

Yusif Məmmədəliyevin qızı Prezident İlham Əliyevə təşəkkür etdi

Yusif Məmmədəliyevin ailəsi akademikin xatirəsinə olan ehtirama görə Prezident İlham Əliyevə təşəkkür edib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, bu barədə akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.
 
Onun sözlərinə görə, akademikin həyat yolu onu tanıyanlar üçün sadəcə elmi yox, həm də vətənə bağlılıq, xidmət yoludur:
 
"Bu gün yüzlərlə şəxsin Yusif Məmmədəliyevin davamçısı olması bunun bariz nümunəsidir. Akademikin xatirəsinə göstərilən böyük ehtirama görə alimin ailəsi adından Prezident İlham Əliyevə təşəkkür edirəm".
Link kopyalandı!
Son xəbərlər