Bakıya leysan yağacaq - Sabahın HAVASI
Cəmiyyət
137
12:27, Bu gün

Bakıya leysan yağacaq - Sabahın HAVASI

Dekabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındayağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəsək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
Link kopyalandı!
Son xəbərlər