Səbuhi Kamranın ikinci kitabı Amazon tərəfindən beynəlxalq satışa çıxarıldı
Cəmiyyət
199
17:51, Bu gün

Səbuhi Kamranın ikinci kitabı Amazon tərəfindən beynəlxalq satışa çıxarıldı

Səbuhi Kamranın “PSYCHOLOGICAL RISE (Psixoloji Yüksəliş)” adlı ikinci kitabı Amazon-un beynəlxalq nəşriyyat sistemi tərəfindən rəsmi şəkildə qəbul edilərək fiziki formatda çap olunmuş və qlobal satış şəbəkəsinə daxil edilmişdir. Nəşr müəllifin yaradıcılıq fəaliyyətində mühüm mərhələ olmaqla yanaşı, onun əsərlərinin beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirmişdir.
 
Kitab psixoloji dirçəliş, şəxsi inkişaf və fərdin daxili mübarizələrdən keçərək özünü yenidən formalaşdırması mövzularını əhatə edir. Əsər həyatın çətinlikləri ilə üzləşən, mənəvi boşluğu doldurmaq və psixoloji dayanıqlığını artırmaq istəyən oxucular üçün nəzərdə tutulmuşdur.
 
Kitabda yer alan əsas tezislər müəllifin yanaşmasını aydın şəkildə əks etdirir:
 
“Həyat sənə nə demək istəyir? Son vaxtlar ən çox nədən yorulduğuna diqqət et — cavab orada gizlənib.”
 
“Hər kəs güvənmək istəyir, amma kimə güvənməli olduğunu bilməyəndə həyatın yükü ikiqat ağırlaşır.”
 
“Psixoloji yüksəliş — insanın ağrısından qaçması deyil, o ağrının içində gizlənmiş gücü görüb özünü yenidən yaratmasıdır.”
 
Amazon-un «print-on-demand» sistemi vasitəsilə kitab aşağıdakı regionlarda oxucular üçün əlçatan olmuşdur:
 
ABŞ
 
Avropa ölkələri
 
Kanada
 
Avstraliya
 
və dünyanın digər onlarla ölkəsində bir başa sifarişlə çap olunub oxuculara çatdırılacaq.
 
Müəllif hazırda növbəti kitabı – “Zirvədə Savaş” üzərində çalışmaqdadır. Əsərdə Qarabağ savaşı, Başlıbel qətliamı, müharibənin uşaqlara təsiri, psixoloji travmaların nəticələri, həmçinin Qarabağ Zəfəri və azad edilmiş torpaqlarımızda ucaldılan Azərbaycan bayrağının simvolik əhəmiyyəti əhatəli şəkildə işıqlandırılacaq.
 
Əsərin Amazon tərəfindən qəbul edilməsi halında, Azərbaycanın yaxın tarixinin mühüm səhifələrinin daha geniş beynəlxalq auditoriyaya çatdırılması imkanı yaranacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər