Qışın ilk maqnit qasırğası
Cəmiyyət
192
17:40, Bu gün

Qışın ilk maqnit qasırğası

Yer kürəsində dekabrın ilk maqnit qasırğasının ayın 3-də baş verəcəyi proqnozlaşdırılır.

Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Buna səbəb Yerə təsir edən eyni anda bir neçə amilin birləşməsindən qaynaqlanır: hazırda Günəş diskinin mərkəzi hissəsində müşahidə olunan növbəti koronal dəlik və dekabrın 1-də baş vermiş "X" səviyyəli partlayışdan sonra plazmanın atılması", - deyə məlumatda bildirilib.

"Proqnozlara görə, maqnit sahəsi dalğalanmaları orta "G2" səviyyəsindən çox olmamalıdır, baxmayaraq ki, onlar kifayət qədər uzun müddət davam edə bilər", - deyə alimlər vurğulayıblar.

Qeyd olunur ki, geomaqnit vəziyyətinin tam sabitləşməsi, ehtimal, yalnız həftəsonu baş verəcək, çünki Günəşdəki koronal dəlik əhəmiyyətli dərəcədə genişdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər