Ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququ verilsin - TƏKLİF
Cəmiyyət
120
15:54, Bu gün

Ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququ verilsin - TƏKLİF

"Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi ilə bağlı qanunvericilikdə təklif edilən dəyişiklik doğru addımdır. Bu, ailə institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili harmoniyanın güclənməsi baxımından önəmlidir".
 
Moderator.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O hesab edir ki, bununla paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük “sosial fasilə” imkanının verilməsi və bu qəbildən digər sosial dəstək mexanizmlərinin qanunvericilikdə əks olunması vacibdir.
 
"Bu cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə maliyyə yükü yaratmır. Lakin insanlar üçün böyük motivasiya yaradır, onların həyatına rahatlıq gətirir və dövlət-vətəndaş münasibətində müsbət psixoloji effekt formalaşdırır.  Əgər bəzi sahələrdə görülməsi planlaşdırılan işlər əlavə maliyyə tələb etdiyi üçün icrası çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip motivasiyaedici və ruhlandırıcı mexanizmlərin verilməsi məqsədəuyğundur. Çünki bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr yarada bilir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər