Bizi sosial şəbəkələrdən izləyin:
Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir.
Moderator.az xəbər verir ki, bununla bağlı dəyişiklik təklif olunur.
Belə ki, ailə vəzifələri olan işçi – tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi hesab olunacaq.