Nərmin Salmanova Bakı Metropolitenində niyə işləmədi? - AÇIQLAMA
Cəmiyyət
55
11:14, Bu gün

Nərmin Salmanova Bakı Metropolitenində niyə işləmədi? - AÇIQLAMA

"Artıq bir müddətdir "Bakı Metropoliteni" ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu".
 
Moderator.az xəbər verir ki, bu barədə teleaparıcı Nərmin Salmanova sosial şəbəkə hesabında yazıb. 
 
"Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm", - deyə o paylaşımda bildirib.
 
Qeyd edək ki, bir neçə ay əvvəl N.Salmanovanın "Bakı Metropoliteni" QSC-də mətbuat katibi təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər