Binəqədinin bir hissəsində işıq olmayacaq
Cəmiyyət
111
09:47, Bu gün

Binəqədinin bir hissəsində işıq olmayacaq

Bu gün Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
"Azərişıq"dan Moderator.az-a verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
"Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər