Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
2049
02 Dec 2025 | 13:44

Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bu gün axşamdan dekabrın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Link kopyalandı!
Son xəbərlər