Bizi sosial şəbəkələrdən izləyin:
Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sistemləri məlumat yayıb.
Verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bildirilib ki, qoşulma işləri ilə bağlı "Şəhər-1" xəttində 30 min abonentin, "Şəhər-3" xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.