Bəzi yerlərdə yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət
116
19:15, Bu gün

Bəzi yerlərdə yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtərdə arabir yağış yağır.

Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur.

Dumanda görünüş 200 metrədək məhdudlaşır.

Link kopyalandı!
Son xəbərlər