Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək
Cəmiyyət
56
17:20, Bu gün

Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

2025-ci il üzrə keçiriləcək son peşə imtahanında iştirak etmək istəyən müraciətçilər 10 dekabr 2025-ci il tarixinə qədər Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət edə bilərlər.

Bu barədə Moderator.az-a TKTA-dan məlumat verilib.

Qeyd edək ki, "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) əsasən, ərizəçilərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilmələri üçün müvafiq kvalifikasiyalarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bununla yanaşı bildiririk ki, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə müraciətçilərin xarici kvalifikasiyalarının peşə tanınmasının həyata keçirilməsi üçün onların TKTA-nın təqdim etdiyi siyahı əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda müvəffəqiyyət qazanmaları (keçid balının toplanması) tələb olunur.

Qeyd edək ki, sözügedən Qaydaların qəbulundan sonra adıkeçən ixtisaslar üzrə xarici kvalifikasiyaların tanınması məqsədilə TKTA-ya müraciət etmiş ərizəçilərlə bağlı aparılmış təhlil nəticəsində müəyyən edilib ki, həmin şəxslərin bir qismi DİM tərəfindən təşkil olunan müvafiq peşə ixtisası üzrə imtahanlarda uğurlu nəticə göstərmədiyi üçün yalnız akademik şəhadətnamə əldə edib.

Xüsusilə qeyd edirik ki, akademik şəhadətnamə kvalifikasiya sahiblərinə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir və bu şəhadətnaməni almış şəxslərin hər hansı peşə fəaliyyəti ilə məşğul olmaları mövcud qanunvericiliyin tələblərinə ziddir.

Əlavə olaraq qeyd edirik ki, qeyd edilən ixtisaslar üzrə akademik şəhadətnamə əldə etmiş şəxslər peşə fəaliyyəti ilə qanuni əsaslarla məşğul ola bilmək üçün yenidən TKTA-ya müraciət etməli və DİM tərəfindən təşkil olunan müvafiq imtahandan müvəffəqiyyətlə keçərək kvalifikasiyalarının tam tanınmasını təmin etməlidirlər.

Daha ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd edilən linkə keçid etmək olar:

 

Link kopyalandı!
Son xəbərlər