Bakının bu qəsəbəsində işıq olmayacaq
Cəmiyyət
194
09:29, Bu gün

Bakının bu qəsəbəsində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
 
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri həyata keçiriləcək.
 
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A. Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər