20:30
11°C
Bakı
Bakı metrosunun "Nərimanov" stansiyasının 4-cü keçid çıxışındakı divar üzlüklərinin bərpası ilə bağlı işlər tamamlanıb.
Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata əsasən, həmçinin görmə məhdudiyyətli sərnişinlərin metrodan daha rahat və təhlükəsiz istifadəsi üçün stansiyada taktil döşəmələr quraşdırılıb.
Pilot layihənin qarşıdakı müddətdə digər stansiyalarda da tətbiqi nəzərdə tutulur.