Azərbaycanda icbari və könüllü tibbi sığorta birləşdirilə bilər
Cəmiyyət
125
14:15, Bu gün

Azərbaycanda icbari və könüllü tibbi sığorta birləşdirilə bilər

"Azərbaycanda icbari və könüllü tibbi sığortanı birləşdirəcək model hazırlanır".
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusunda tədbirdə bildirib.
 
"Bu model bir sıra ölkələrdə mövcuddur. Hazırda biz onun tətbiqi üzərində çalışırıq. Məqsədimiz digər ölkələrin uğurlu təcrübəsinə uyğun olaraq icbari tibbi sığortanın imkanlarından istifadə etməklə sığorta şirkətlərinin risklərini azaltmaq, tibbi sığortaya əlçatanlığı artırmaqdır. Eyni zamanda, tibbi sığorta haqqının daha əlçatan olması istiqamətində layihəmiz var. Düşünürük ki, bu layihə ilə də müəyyən nəticələrə gələ biləcəyik", - deyə o qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər