Minatəmizləyənlərə təlimlərin keçirilməsi qaydası təsdiq edildi
Cəmiyyət
245
13:07, Bu gün

Minatəmizləyənlərə təlimlərin keçirilməsi qaydası təsdiq edildi

“Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi Qaydası” təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Bu Qayda “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.10-cu maddəsinə uyğun olaraq hazırlanıb və minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydasını müəyyən edir.
 
Təlimlər Azərbaycan ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən keçirilir.
 
Təlimlərin məqsədi minatəmizləyənlərə vəzifə və öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək üçün bilik, bacarıq və vərdişləri yüksək səviyyədə aşılamaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər