Baş nazir qərar imzaladı
Cəmiyyət
113
12:54, Bu gün

Baş nazir qərar imzaladı

Azərbaycanda texniki tənzimləmə sahəsində uyğunluğun qiymətləndirilməsi üzrə vahid yanaşmanı təmin etmək məqsədilə uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərə dair ətraflı prosedurlar təsdiqlənib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərar "Texniki tənzimləmə haqqında" qanunun tələblərinin icrası üçün qəbul olunub və ölkədə məhsul, onunla əlaqəli proses və istehsal metodlarının təhlükəsizlik və texniki normativlərə uyğunluğunun daha şəffaf, aydın və beynəlxalq normalara əsaslanmış şəkildə qiymətləndirilməsini təmin edir.
 
Qərar uyğunluğun qiymətləndirilməsi prosesində iştirak edən qurumlar üçün həm hüquqi baza yaradır, həm də prosedur qaydalarını müəyyənləşdirərək sistemləşdirir. Bu da öz növbəsində texniki tənzimləmə sisteminin səmərəliliyini artırır və istehlakçıların təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər