Azərbaycan və Ermənistan xalqları bundan sonra sülh içində yaşayacaqlar”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“TRIPP mülki layihədir, hərbi elementi yoxdur. Burada məsələ belədir: uzun illər bir-birinə qarşı nifrət bəsləmiş iki xalq arasında elə bir məntiq tapılır ki, bu nifrət azalır və hansısa xoşagəlməz hadisənin baş verməsinə fürsət verilmir.
Bütün sərhədlər açıq olacaq, bir-birimizlə ticarət edəcəyik və edirik də. Davam edəcəyik, bir-birimizlə sülh içində yaşayacağıq”, - Alen Simonyan vurğulayıb.
Bu barədə Moderator.az-a danışan sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, tarixdə ermənilərlə aramızda bir neçə dəfələrlə belə hal olub– ermənilər bizə qarşı haqsızlıq edib, qan töküblələr, minlərlə insanlarımızı qətlə yetiriblər lakin biz sonda onlarla barışmışıq:
“Ancaq hər dəfə də bu barışın növbəti acısını dadmalı olmuşuq. Bu dəfə də tarixin bu dərslərindən düzgün nəticələr çıxartmasaq, müəyyən bir zaman kəsiyindən sonra yenə də eyni aqibəti yaşaya bilərik. Odur ki, növbəti barış sıradan bir barış olmamalıdı. Bəli 44 günlük müharibədəki böyük qələbəmizdən sonra ermənilərlə barışmalıyıq, bunun alternativi yoxdur, lakin onların xislətini unutmamalıyıq. Biz tarix boyu ermənilərin başımıza gətirdikləri müsibətləri unuda-unuda, hər dəfə onların növbəti təxribatlarının qurbanına çevrilmişik.
Bir xalq olaraq anlamalıyıq ki, erməni toplumunun ipinin üzərinə odun yığmaq olmaz. Kimliyindən asılı olmayaraq heç bir ermənidən mələk düzəltmək lazım deyil. Xalqların xisləti genetik olaraq formalaşır, genlər isə heç vaxt dəyişmir”.
Professor Fikrət Yusifov xatırladıb ki, 1980-ci illərin sonlarından etibarən Qarabağda başlanan olaylardan sonra biz erməni xislətinin iç üzünü gördü:
“İllər uzunu həm Ermənistanda və həm də Azərbaycanda qonşuluqda yaşamış ermənilərlə azərbaycanlıların dərin dostluğuna dair yüzlərlə nümunələri yada salmaq olar. Lakin Qarabağ olayları başlayanda bu “dostların” demək olar ki, hamısının iç üzü açıldı. Biz anladıq ki, illər uzunu dost kimi qucağımızda bəslədiyimiz erməni demə, əfi ilan imiş.
Ermənistanla əlaqələri nizama saldıqdan sonra bu münasibətlərin əbədi sağlam qalacağına güvənmək olmaz. Bəlkə də bu fikirlər erməniləri yaxından tanımayan insanlarımıza qəribə gələcəkdir. Lakin onları yaxından tanıyanlar bu dediklərimin nə qədər böyük bir həqiqət olduğunu çox yaxşı bilirlər. Bir sözlə, dostluq deyil, ən yaxşı halda yoldaşlıq etsək və bu zaman çomağımızı yanımızda saxlasaq, bu ən doğru seçimimiz olacaqdır. Çünki ermənilərin genində qonşularla sülh şəraitində, sakit yaşamaq xromosomları yoxdur”.
Mehin Mehmanqızı