Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - VİDEO
Cəmiyyət
320
27 Nov 2025 | 23:40

Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - VİDEO

Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətə salıb. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, 6 ay əvvəl selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb. Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda torpaq sürüşərək evlərə yaxınlaşır.

Vətəndaşlar bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib.

Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub və işlər aparılır.

Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər