"HB CO LTD" MMC-nin Hindistandan idxal etdiyi 4934 ədəd "Glukamin" və 2982 ədəd "Carditon Q" əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nəzarət tədbirləri çərçivəsində nümunələr götürülərək müayinələrə cəlb olunub.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Sınaq nəticəsində "Carditon Q" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, "Glukamin" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunub. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.