Bizi sosial şəbəkələrdən izləyin:
Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, 76 m hündürlüyündə, 1186 metr uzunluğunda olan asma körpüsündə tikinti işləri 50%-dək icra olunub.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
O, bildirib ki, körpüdə 2026-cı ilin sonunadək tam olaraq tikinti işləri yekunlaşdırılacaq.
Qeyd edək ki, əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma körpüsü olacaq.