Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI
Cəmiyyət
284
15:37, Bu gün

Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI

"Azərişıq" ASC elektrikli avtomobillər üçün qarajlarda quraşdırılmış enerjidoldurma cihazlarına nəzarət və yoxlamalara başlayıb.
 
Bununla bağlı məlumat sosial şəbələlərdə yayılıb.
 
Artıq yaşayış məntəqələrinin qarajlarında quraşdırılmış hər bir cihazın enerji xətti ayrıca yoxlamadan keçirilir. Belə ki, əgər sakinlər avtomobillərini binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin sayğacından birbaşa xətt çəkərək doldururlarsa, həmin xətt dərhal şəbəkədən ayrılacaq.
 
Qarajlarda elektrik enerjisi ilə bağlı yoxlamalar aparılmadan əvvəl mülkiyyət sənədinin olması vacibdir. Qarajınızın mülkiyyət sənədini (çıxarış) təqdim edərək Asan Kommunala müraciət etməlisiniz.
 
Bundan sonra, əraziyə və transformatora baxış keçirilir. Əgər uyğunluq təsdiqlənərsə, texniki şərt verilir və sayğac sifariş edilir. Həmçinin, enerji haqqı ilə bağlı müəyyən rüsumlar mövcuddur:
 
10 kVt-a qədər olan güc üçün 40 AZN/1 kVt,
 
10 kVt-dan çox olan güc üçün isə 60 AZN/1 kVt.
 
Bu dəyişikliklər, "Azərişıq"ın elektrikli avtomobillərin yük şəbəkəsinə qoşulmasını düzgün tənzimləyərək, şəbəkənin təhlükəsizliyini təmin etməyə yönəlib. /Bakupost.az/
 
Link kopyalandı!
Son xəbərlər