Dekabrda Azərbaycanda media savadlılığı həftəsi başlayacaq
Bizi sosial şəbəkələrdən izləyin:
"Dünyada media yarandığı gündən təhdid və təqiblərlə formalaşıb. Media bu təhdidlər fonunda böyüyür, inkişaf edir və buna qarşı onda immunitet formalaşır".
Moderator.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
N.Məmmədli bildirib ki, hazırkı dövrdə media senzurasının mahiyyəti dəyişib.
“İndi informasiya bolluğu insanlara laızm olan məlumatı tapıb seçməkdə çətinlik yaradır. Süni intellekt əsaslı informasiyaların, feyk-nyusların artımı peşəkar medianın inkişafında ciddi əngəllərdən biridir. Yeni “Media haqqında” Qanun Azərbaycan unformasiya məkanının qorunması üçün hüquqi immunitet rolunu oynayır”, - deyə o vurğulayıb.
O, həmçinin qeyd edib ki, növbəti ay Azərbaycanda media savadlılığı həftəsi başlayacaq.