Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib
Cəmiyyət
98
15:49, Bu gün

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib

Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
 
Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər