İdxalına imtina verilən dərman vasitələrinin sayı AÇIQLANDI
Cəmiyyət
120
13:45, Bu gün

İdxalına imtina verilən dərman vasitələrinin sayı AÇIQLANDI

2025-ci ilin yanvar ayından bu günə qədər idxalına imtina verilən dərmanların sayı açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
 
Bildirilib ki, 2025-ci ilin bu gününə qədər laborator yoxlamanın cavabları əsasında 41 hala uyğun olaraq, 31 adda dərman vasitəsinin idxalına imtina verilib.
 
Həmçinin qeyd olunub ki, il ərzində bəzi dərman vasitələri geri çağırılıb. Sözügedən dərman vasitələri barədə məlumat Analitik Ekspertiza Mərkəzinin veb-saytında yerləşdirilib.

Qurumdan qeyd olunub ki, vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

- "Bir pəncərə" sektoru;

- Qaynar xətt: (012) 596-07-12;

- Elektron poçt: [email protected];

- Veb-sayt: www.pharma.az ("Müraciət" bölməsi).

O da vurğulanıb ki, daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər