Sabah hava çiskinli olacaq - PROQNOZ
Cəmiyyət
40
12:32, Bu gün

Sabah hava çiskinli olacaq - PROQNOZ

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq.  
 
Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər