Bələdiyyə sədrinin ölkədən çıxışına 
Cəmiyyət
42
09:56, Bu gün

Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu

Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 
 
Moderator.az qaynarinfo-ya istinadla bildirir ki, Şamaxı rayonunun Meysəri bələdiyyəsinin (Meysəri, Muğanlı, Qurdtəpə, Günəşli, Şirvan və Şərədil kəndləri) sədri Emil Nəbiyev barəsində Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.
 
Məlum olub ki, 6 kənədə rəhbərlik edən bələdiyyə sədrinin sözügedən idarəyə 2000 min manatdan çox vergi borcu yaranıb. Xəbərdarlığa baxmayaraq, sözügedən borcu ödəməyən bələdiyyə sədri barəsində məhkəməyə müraciət edilib.
 
Məhkəmənin hökmü ilə 1995-ci il təvəllüdlü Emil Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb
 
Link kopyalandı!
Son xəbərlər