Lənkəranın bəzi küçələrində işıq olmayacaq
Cəmiyyət
29
09:28, Bu gün

Lənkəranın bəzi küçələrində işıq olmayacaq

Bu gün Lənkəranın bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
 
"Azərişıq" ASC-dən Moderator.az-a verilən məlumata görə, buna səbəb Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bu gün 10 kV-luq 4 saylı hava xəttində aparılacaq təmir və ağac budanması işləridir.
 
"Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev, Sabir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," qurumdan əlavə edilib.
Link kopyalandı!
Son xəbərlər