Qiymətə görə sərnişini döyən taksi sürücüsünə hökm oxundu
Hadisə
147
19:20, Bu gün

Qiymətə görə sərnişini döyən taksi sürücüsünə hökm oxundu

Bakıda müştərini döyən “Bolt” taksi şirkətinin 1985-ci il təvəllüdlü sürücüsü B.Hümbətovun məhkəmə prosesi başa çatıb.

Moderator.az-ın Teleqraf-a istinadən məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, sürücünün azadlığı 9 ay müddətinə məhdudlaşdırıb.

Hadisəyə isə qiymət üzərində yaranan mübahisə səbəb olub.

Belə ki, müştəri Əlişir Quliyev (ad soyad şərtidir) sifariş verərkən məbləğin 9 manat 67 qəpik yazıldığını görüb. Taksi sürücüsü şəxsi işi ilə bağlı bir əşyanı çatdırmaq üçün marşrutu dəyişib. Nəticədə yol uzandığından sifarişin qiymətində 4 manatlıq fərq yaranıb. Bundan sonra 13.66 AZN-lik məbləğ üzərində tərəflər arasına yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Zərərçəkən şəxs məhkəmədə B.Hümbətovu bağışlamadığını, ona ən ağır cəzanın verilməsini xahiş edib.

Qeyd edək ki, “Bolt” sürücüsü daha öncə də müxtəlif səbəblərdən məsuliyyətə cəlb edilib.

Link kopyalandı!
Son xəbərlər